Cəzaçəkmə müəssisələrində “Dinimiz mənəviyyatımızdır” mövzusunda tədbirlər keçirilib

Press-relizlər / 11.12.2015 / 15:23

Dekabrın 11-də 12, 13 və 14 saylı cəzaçəkmə müəssisələrində “Dinimiz mənəviyyatımızdır” mövzusunda tədbirlər keçirilib. Hər iki tədbirdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini vəzifəsini icra edən ədliyyə polkovniki Rafiq Ramazanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Komitənin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev iştirak ediblər.

Tədbirlərdə çıxış edən Penitensiar Xidmətin rəis müavini vəzifəsini icra edən ədliyyə polkovniki Rafiq Ramazanov hazırda dünyada baş verən prosseslər barədə məlumat verib, İslamın sülh dini olduğunu, terrora heç bir aidiyyatı olmadığını bildirib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov ölkəmizdə dinə münasibətin yüksək səviyyədə olmasını və Azərbaycanın tolerant ölkə olduğunu diqqətə çatdırıb. Ümummilli Liderimiz Heydər Əliyevin “Dinimiz mənəviyyatımızdır” kəlamını yada salaraq, bildirib ki, ibadət edən hər kəs milli kimliyini unutmamalıdır. Azərbaycanda bütün dinlərin nümayəndələrinə eyni münasibət göstərilir, məscidlər, sinoqoqlar, kilsələr tikilir, təmir olunur. S. Heydərov təəssüflə qeyd edib ki, bəzi qüvvələr İslamı terrorçu din kimi təbliğ edərək öz məqsədlərinə nail olmaq istəyirlər.

Komitənin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev çıxış edərək, son vaxtlar İslam ölkələrində baş verən hadisələrdən danışıb. Hər üç tədbirin sonunda müəssisə rəisləri çıxış edərək, belə görüşlərin keçirilməsinin böyük əhəmiyyəti olduğunu bildiriblər. 


Son baxılan xəbərlər

Gəncliyimizi zərərli vərdişlərdən qoruyaq!

Press-relizlər
26.11.2019 / 15:35
Ətraflı oxu

Gündüz İsmayılov: “Radikalizmi doğuran əsas səbəblərdən biri dini biliklərin az olmasıdır”

Press-relizlər
21.02.2020 / 16:03
Ətraflı oxu

Şabran şəhərində “Uşaq hüquqları aylığı”na həsr olunmuş tədbir keçirilib

Xəbərlər
25.10.2018 / 10:28
Ətraflı oxu

Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib

Xəbərlər
20.07.2019 / 10:24
Ətraflı oxu

ABŞ-da səfərdə olan Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib

Press-relizlər
15.05.2018 / 10:47
Ətraflı oxu

Qazaxda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib

Press-relizlər
13.06.2019 / 16:27
Ətraflı oxu