Mübariz Qurbanlı: “Mən əminəm ki, bu cür hadisələr bir daha Nardaranda olmayacaq”

Müsahibələr / 07.12.2015 / 10:50

Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri Mübariz Qurbanlı ANS TV-də "Hesabat" verilişinin qonağı olub. 

- Mübariz müəllim, Sizcə bundan sonra Nardarandakı proseslər artıq bu dini radikal təfəkkürlü insanların ordan kənarlaşdırılması istqamətində atılan addımlardan sonra, hansı istiqamətdə, hansı səmtə cərəyan edəcək? 

– Nardaranda indiki vəziyyət çox normaldır və hadisələr normal məcrada inkişaf edir. Hazırda orada “Azəriqaz” və “Azərişıq” fəaliyyət göstərir. Bəziləri söyləyir ki, əvvələr Nardaranda kommunal haqlar nəyə görə ödənilməyib və s. Hökumət əvvələr də orda hər cür tədbirlər görüb. Yəni digər kəndlərdə olduğu kimi, işıq da, qaz da verilib. Digər kəndlərdə olduğu kimi, kartlarla bunlar hamısı edilib. Amma dağıdıblar, sındırıblar. Məhz bu cür ekstremist və bu kimi qrupların təhrikilə. Bir daha qeyd edirəm ki, indi vəziyyət normaldır. Hesab edirəm ki, Nardaranda bu cür hadisələr, hərəkətlər bundan sonra bir daha təkrar olunmayacaq. Çünki o kəndin əhalisi bu cür ekstremis qrupları bütövlüklə dəstəkləməyib və dəstəkləmir.

– Dövlət tərəfindən hər hansı bir güzəşt mümkündürmü, tutaq ki, onlara işığı da, qazı da hələlik kreditlə versinlər. Çünki çox soyuqdur. Hidrometeoroloqların praqnozuna görə, daha çox soyuqların olacağı gözlənilir. Və eyni zamanda bu proseslər öz həllin tapsın. Yəni biri o birisinə mane olmadan mümkündürmü belə bir şey?

– Mənim bildiyimə görə, hazırda orda bu işlər yekunlaşmaq üzrədir. Belə ki, digər kəndlərdə olduğu kimi orda da “Azərişıq” müəyyən işlər, yəni sayğac quraşdırmalıdır. Hər şey qanun-qaydalar çərcivəsində həll edilməlidir. Düşünürəm ki, bütün bu işlər qısa bir vaxt ərzində yekunlaşmalıdır. Düzü, Komitənin bu sahə ilə bir bağlılığı yoxdur. Amma məndə olan məlumata görə, həm “Azəriqaz”, həm də “Azərişıq” orda öz fəaliyyətlərini surətləndiriblər ki, bu işlər tez bir zamanda yekunlaşdırsınlar. Əlbəttə ki, həm hakimiyyət, həm də bu qurumlar çalışırlar ki, tezliklə orada həyat öz normal axarına düşsün. 

Daha ətraflı video-reportajda baxa bilərsiniz. 

www.youtube.com/watch

Son baxılan xəbərlər

Qaxda dini radikalizmlə mübarizədə mənəvi dəyərlərimizin rolu müzakirə edilib

Press-relizlər
23.05.2019 / 09:44
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
27.02.2018 / 14:27
Ətraflı oxu

Göyçayda “Gənclərdə sağlam dini təfəkkürün formalaşdırılması” mövzusunda tədbir keçirilib

Press-relizlər
07.02.2018 / 17:34
Ətraflı oxu

Zərdabda dini icma sədrləri və din xadimləri ilə görüş keçirilib

Press-relizlər
20.07.2018 / 09:39
Ətraflı oxu

Zaqatalada “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
25.09.2018 / 15:49
Ətraflı oxu

"Bidət- həqiqət və ifrat" kitabı

Kitablar
04.03.2015 / 12:42
Ətraflı oxu