Dövlət müşaviri Kamal Abdullayev: "Heç kim ölkədə öz şəxsi istəklərinə uyğun qayda-qanun yarada bilməz"

Açıqlama / 03.12.2015 / 15:42

"Heç kim ölkədə öz şəxsi istəklərinə uyğun qayda-qanun yarada bilməz. Bu, qeyri-mümkündür. Kimsə nə vaxtsa dövlətin təməl sütunlarına toxunmaq istəyirsə ona heç vaxt güzəşt olunmayacaq".
Bu fikirləri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının və Qazılar Şurasının birgə toplantısındakı çıxışında bildirib.
Kamal Abdullayev qeyd edib ki, dövlətimizin öz gələcək strategiyasının səbatlılığını təmin etmək istiqamətində atdığı hər bir addım Azərbaycan vətəndaşlarını, o cümlədən dindarlarımızı qorumaq məqsədi daşıyır. Bu gün ölkəmizdə dinindən, dilindən, milliyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızın bir hədəfi var. Bu da azərbaycançılıq ideologiyasıdır. Bu ideologiyanın əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Azərbaycan xalqı böyük təcrübələrdən keçmiş bu yolun səmərəsini, bəhrəsini artıq görüb və görməkdədir. Ölkəmizdə tolerantlıq mühitinin qorunmasında Ümummilli Liderin əvəzsiz xidmətləri olub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlət müşaviri ölkəmizdəki dövlət-din münasibətlərindən danışarkən qeyd edib ki, müstəqilliyini bərpa edən zaman Azərbaycanda cəmi 17 məscid var idi. Bu gün isə ölkəmizdə 2 minə yaxın məscid fəaliyyət göstərir. Azərbaycanda məzhəb problemi yoxdur, tam tolerantlıq mühiti hökm sürür.
Nardaranda baş verən hadisələrlə bağlı danışan Kamal Abdullayev əminliklə bildirib ki, bundan sonra nardaranlılar həqiqi İslam dininin əsaslarına uyğun öz fəaliyyətlərini davam etdirəcəklər.
 
 

Son baxılan xəbərlər

Prezident İlham Əliyevin və Qurbanqulu Berdiməhəmmədovun geniş tərkibdə görüşü olub

Xəbərlər
22.11.2018 / 12:25
Ətraflı oxu

Müşfiqabadda “Dini ekstremizm və məzhəblərarası vəhdət” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər
19.12.2016 / 11:15
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edib

Press-relizlər
12.03.2019 / 14:22
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb

Press-relizlər
16.10.2018 / 18:00
Ətraflı oxu

Şəkidə “Dini radikalizmlə mübarizə: necə və nə etməli?” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
26.11.2019 / 14:52
Ətraflı oxu

Mübariz Qurbanlı: "Din adından istifadə edən radikal qruplar İslama böyük ziyan vururlar"

Müsahibələr
11.01.2019 / 17:39
Ətraflı oxu