Masallı rayonu ictimaiyyətinin nümayəndələri Nardaran qəsəbəsində baş vermiş hadisələrlə bağlı müraciət qəbul etdilər

Press-relizlər / 01.12.2015 / 16:46

Masallı bölgəsində yaşayan ictimaiyyət nümayəndələri Sabunçu rayonunun Nardaran  qəsəbəsində baş vermiş hadisələrlə bağlı müraciət qəbul ediblər.
Müraciətdə deyilir:

Özünü “Müsəlman Birliyi Hərəkatı” adlandıran qondarma qurumun təxribat əməlləri cəmiyyətdə birmənalı olaraq qəzəblə qarşılandı. Ekstremistlərin bu hərəkəti rayonumuzun ictimaiyyəti tərəfindən hiddətə səbəb olmuş, xəyanətkarların hərəkəti pislənilmişdir.
Biz masallılar da ölkəmizin ictimai-siyasi sabitliyinə, tolerantlıq mühitinə, dövlət-din münasibətlərinə, hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətini din pərdəsi altında həyata keçirmək cəhdlərini Vətənə xəyanət adlandırırıq.
Masallı sağlam düşüncəli insanların, görkəmli ziyalıların, tarixi şəxsiyyətlərin, elm, təhsil, mədəniyyət xadimlərinin, sayılıb-seçilən ağsaqqalların yurdudur. Azərbaycançılıq məfkurəsinə, milli-dövlətçiliyə, Ümummilli Liderin siyasi xəttinə sədaqət hissi vətənpərvərlik və milli-mənəvi dəyərlərimizə varislik ənənəsi hamımızın qəlbində yaşayır. Tariximizin parlaq səhifəsində adları şərəflə çəkilən qəhrəmanlarımızın cərgəsində Masallı övladlarının olması qürur doğurur. Fəxr edirik ki, dövlətçiliyimizin, torpaqlarımızın bütövlüyü uğrunda müqəddəs mübarizədə Milli Qəhrəmanlarımız, şəhidlərimiz var.
İslam dini bizə “Vətəni sevmək imandandır” fikrini, mənəviyyatını təlqin edir. Bu mənada dövlətə, hakimiyyətə qarşı çıxan, əmin-amanlığımızı, xoş güzəranımızı gözü götürməyənlər din pərdəsi altında məkrli hərəkətlərə yol verənlər cinayətkardırlar. Azərbaycanda vətəndaş həmrəyliyi, dini tolerantlıq mövcuddur və bu bütün dünyaya nümunə olacaq dərəcədədir. Ölkəmizdə sabitliyin, təhlükəsizliyin təmin edilməsi dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirir və bu istiqamətdə davamlı tədbirlər həyata keçirir. Bu fakt inkaredilməzdir ki, uğurlarımızı həzm edə bilməyən xarici antiazərbaycan qüvvələr ölkəmizdə ictimai-siyasi asayişi pozmaq üçün daim cəhdlər göstərsə də, bunun qarşısı qətiyyətlə  alınır.
Nardaranda baş verən hadisələr xarici dairələrin göstərişilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq istəyən radikal ekstremistlərin əsl simasını xalqa bir daha göstərdi. Ayrı-ayrı dövlətlərin sifarişlərini yerinə yetirmək məqsədi daşıyan bu təxribatın hüquq-mühafizə orqanları tərəfindən qarşısı alındı. Xarici dairələrin məkrli niyyətinin alətinə çevrilən müəyyən qrup şəxslərin dövlətçiliyimizə yönələn cinayətlərini biz Masallı ictimaiyyəti - dindarlar, ziyalılar, ağsaqqallar qınayırıq. Bu cür qurumların bütün üzvləri ifşa edilərək məsuliyyətə cəlb edilməlidir. Bu bizim vətəndaşlıq mövqeyimizdir. Masallılar bütün məqamlarda olduğu kimi indi də, bundan sonra da dövlətçiliyimizin ətrafında sıx birləşəcək və belə qruplara qarşı kəskin mübarizə aparacaqlar. Baş verən hadisələr bir daha onu təsdiqləyir ki, beynəlxalq aləmdə sabitlik diyarı kimi tanınan Azərbaycanda ictimai sabitliyi pozmaq, tolerant ölkə imicinə zərbə vurmaq qeyri-mümkündür. Xalq-iqtidar birliyinin möhkəm, sarsılmaz olduğu ölkədə hansısa beynəlxalq gücün, hansısa dövlətin dövlətçiliyimizə, müstəqilliyimizə təcavüz cəhdlərinə yol verilə bilməz.
Biz masallılar baş verən hadisələri pisləməklə ölkəmizdəki əmin-amanlığa, sabitliyə qarşı yönələn cinayətlərin törədicilərinə ciddi cəza verilməsini və cəzalandırımasını tələb edirik.  
 
 
Mirqiyas Təhməzov – QMİ-nin bölgə qazısı
 
Cavanşir Əsədov – Ağsaqqallar Şurasının sədri
 
Mirkərim Əliyev - din xadimi
 
Məmmədhüseyn Həsənov – Prezident təqaüdçüsü
 
Qardaş Fətullayev – Ziyalılar Cəmiyyətinin sədri
 
Atabala Hacıyev – müharibə veteranı
 
Camal Manafov – Gənclər və İdman İdarəsinin rəisi
 
Mirqabil Hüseynov – 1 nömrəli şəhər tam orta məktəbinin direktoru
 
Məmmədağa Şiriyev – MƏSQ rayon təşkilatının sədri
 
Nəriman Qafarov-ağsaqqal
 
Məhərrəməli Əbilov - Aşurlu  dini icmasının sədri
 
Nəcəfqulu Quliyev- Hacıtəpə dini icmasının sədri
 
Səxavət Mirzəyev – Qızılavar  “Peysə” məscidi dini icmasının sədri
 
Əli Qasımov- Ərkivan  “Göllü” məscidi dini icmasının sədri
 
Vaqif Mikayılov-  Dadva məscidi dini icmasının sədri
 
Oruc Qurbanov- Çaxırlı  məscidi dini icmasının sədri
 
Rəbbi Kərimov- Eminli məscidi dini icmasının sədri
 
Ramil Şahbazov- Sığıncaq məscidi dini icmasının sədri
 
Əliman Hüseynov- Ərəb məscidi dini icmasının sədri
Etibar Sadıqov- Bağıroba məscidi dini icmasının sədri  

Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

Xəbərlər
27.02.2020 / 14:42
Ətraflı oxu

“İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” mövzusu müzakirə olunub

Press-relizlər
25.01.2018 / 15:59
Ətraflı oxu

“İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” mövzusunda tədbir keçirilib

Press-relizlər
22.02.2018 / 16:10
Ətraflı oxu

Gündüz İsmayılov: "Bu gün gəncliyimiz milli-mənəvi və dini dəyərlərimizə sadiqliyi baxımından mövcud vəziyyəti adekvat ...

Müsahibələr
09.02.2019 / 10:56
Ətraflı oxu

Prezident İlham Əliyev Vyanada Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib

Xəbərlər
30.03.2019 / 13:21
Ətraflı oxu

Ümummilli Lider Heydər Əliyevin 90 illiyinə həsr edilmiş “Keçmişdən gələcəyə: milli-mənəvi dəyərlərimizin qorunması” ...

Press-relizlər
07.05.2013 / 14:38
Ətraflı oxu