Mübariz Qurbanlı: “İctimai-siyasi sabitliyə qarşı yönələn hərəkətlər cəzasız qalmayacaq”

Açıqlama / 26.11.2015 / 18:00

İctimai-siyasi sabitliyə qarşı yönələn hərəkətlər cəzasız qalmayacaq və qalmamalıdır. Bunu Trend-ə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Nardarandakı son hadisəyə münasibət bildirərkən deyib.
Mübariz Qurbanlının sözlərinə görə, hüquq-mühafizə orqanları qanunauyğun olaraq tədbirlər keçirərkən kriminallaşmış elementlər mühafizə orqanlarına qarşı qeyri-qanuni hərəkətlərə yol veriblər: "Nardaranda törədilmiş hadisələrə görə din pərdəsinə bürünmüş, din adı altında radikal hərəkətlərə yol verənlər günahkardırlar".
Komitə sədri bildirib ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir: "Azərbaycanda dini etiqad azadlığı təmin olunub. Ölkəmizdə din adı altında öz mənfur niyyətlərinə, çirkin əməllərinə haqq qazandırmaq, bəraət qazandırmaq və din pərdəsi adı altında öz məqsədlərinə çatmaq istəyənlər var, lakin Azərbaycan xalqı buna razı olmayacaq, Azərbaycanda qanun pozuntularının qarşısı qətiyyətlə alınacaq. Azərbaycanda 2000-dən çox məscid var, Azərbaycanda hər kəsin dini etiqad azadlığı təmin olunub".
Mübariz Qurbanlı əlavə edib ki, lakin bu gün bəziləri qondarma təşkilatlar yaradırlar: "Onlar dindarlar adından çıxışlar etmək istəyirlər. Sual olunur: bu adamların din adından çıxış etməyə haqları varmı? Bir yerdə toplaşaraq dövlət quruluşumuza, konstitusiya quruluşumuza, eyni zamanda milli, dini zəmində ölkəmizdə mövcud olan sabitliyə ziyan vuran çağırışlar etməyə haqları varmı? Əlbəttə yoxdur!”
Komitə sədri Azərbaycanda ictimai-siyasi, iqtisadi sabitliyin olduğunu bildirib və qeyd edib ki, bu sabitliyi, xalqın təhlükəsizliyini hüquq-mühafizə orqanları mütəmadi qoruyur: “Belə olan şəraitdə kimlərsə hansısa məscidə gələrək burada özbaşına moizələr oxuyur. Axı qanun var. Və qanunun tələbinə görə hər hansı bir məsciddə, hər hansı bir dini məbəddə yalnız Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi şəkildə təyinat alan şəxslər hər hansı xütbələr, moizələr oxuya bilərlər. Lakin qeydiyyatı olmayan və heç bir səlahiyyəti, heç bir hüquqi ünvanı olmayan bir yerin adını dini ibadət yeri qoyaraq oraya toplaşır, milli, dini baxımdan hiddət yaradan, qarşıdurma yaradan, eləcə də milli maraqlarımıza, milli dövlətçiliik prinsiplərimizə zidd olan çağırışlar edirlər. Eyni zamanda silaha əl atırlar, silahdan istifadə edirlər. Faktiki olaraq, hansısa xarici dairələrin sifarişlərini yerinə yetirirlər. Belə olan təqdirdə, bizim ictimai təhlükəsizliyimiz üçün hüquq-mühafizə orqanlarımız haqlı olaraq qanunauyğun şəkildə, əhalinin xahişi ilə orada tədbirlər keçirir”.
Mübariz Qurbanlının sözlərinə görə, polisə müqavimət göstərməyə, zorakılıq etməyə, silah işlətməyə heç kim dəstək verə bilməz: "Cinayət əməllərinə yol verənlərə qarşı hüquq-mühafizə orqanlarının atdığı bu addımları ictimaiyyət də dəstəkləyir. Hesab edirəm ki, Nardaranda əhalinin də böyük əksəriyyəti bu cür radikal və ekstremist çağırışlar edənləri, onların hüquq-mühafizə orqanlarımıza qarşı bu cür hərəkət etmələrini heç vaxt dəstəkləməyəcək. Çünki Azərbaycanda xalq sabitliyin nə dərəcədə əhəmiyyətli olduğunu bilir. Ona görə də ictimai-siyasi sabitliyə qarşı yönələn belə hərəkətlər cəzasız qalmayacaq və qalmamalıdır”. 

Son baxılan xəbərlər

Mübariz Qurbanlı: Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə ...

Müsahibələr
07.10.2019 / 17:36
Ətraflı oxu

DQİDK yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və onların qeydiyyatı başa çatıb

Xəbərlər
10.01.2018 / 10:45
Ətraflı oxu

Press-relizlər
23.08.2019 / 11:16
Ətraflı oxu

Mübariz Qurbanlı: “Azərbaycandan hər hansı terror qruplaşmasına pul göndərilmir”

Açıqlama
23.11.2015 / 14:30
Ətraflı oxu

Bakıda "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib

Press-relizlər
22.08.2019 / 15:44
Ətraflı oxu

Cəlilabadda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda ikigünlük regional konfrans keçirilir

Press-relizlər
29.10.2019 / 17:14
Ətraflı oxu