Mübariz Qurbanlı: “Azərbaycandan hər hansı terror qruplaşmasına pul göndərilmir”

Açıqlama / 23.11.2015 / 14:30

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycandan İŞİD-ə pul göndərildiyinə dair Rusiyanın “İzvestiya” qəzetinin iddiasına münasibət bildirib.
Komitə sədri açıqlamasında yayılan xəbərləri təkzib edərək Azərbaycandan hər hansı terror qruplaşmasına pul göndərilmədiyini deyib.
“Rusiya mətbuatında yayılan xəbərlərin heç bir əsası yoxdur. Azərbaycandan İŞİD-ə pul göndərildiyinə dair ortada konkret fakt yoxdur”. 
Qeyd edək ki, Rusiyanın “İzvestiya” qəzeti İŞİD terror qruplaşmasına maliyyə dəstəyi verən ölkələrlə bağlı ilginc məlumat yayıb.Qəzetin iddiasına görə, dünyanın 40-a yaxın ölkəsindən terror qruplaşmasının hesabına pul köçürülür. Sözügedən məlumatda Azərbaycanın da adı qeyd edilir. Bildirilir ki, ölkəmizdən də İŞİD-ə maliyyə dəstəyi verilir. İddia edilib ki, MDB ölkələrindən ilk pillədə Qazaxıstan, ikinci pillədə Azərbaycan, üçüncü yer də isə Türkmənistan gəlir. 

Son baxılan xəbərlər

Azərbaycan tarixində Heydər Əliyev imzası

Xəbərlər
12.07.2019 / 09:23
Ətraflı oxu

Sentyabrın 20-də Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilib

Press-relizlər
20.09.2018 / 12:10
Ətraflı oxu

Azərbaycan dünyada dini tolerantlığın mərkəzinə çevrilib

Arxiv
07.06.2016 / 14:46
Ətraflı oxu

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

Press-relizlər
22.08.2019 / 11:13
Ətraflı oxu

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbərlər
09.08.2019 / 17:14
Ətraflı oxu

Göygöl rayonunda regional müşavirə keçirilib

Press-relizlər
28.04.2017 / 18:01
Ətraflı oxu