“Azərbaycan xalqının tolerantlıq ənənəsi sülhün və birgəyaşayışın mühüm şərtidir” mövzusunda videokonfrans keçirilib

Xəbərlər / 14.09.2021 / 12:58

Sentyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və Bərdə rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı, YAP Yevlax rayon təşkilatının iştirakı ilə Bərdə rayonunda Sülh aylığı çərçivəsində “Azərbaycan xalqının tolerantlıq ənənəsi sülhün və birgəyaşayışın mühüm şərtidir” mövzusunda videokonfrans formatında tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli  müstəqilliyimizin ilk günlərindən başlayaraq milli-mənəvi dəyərlərimizə olan mənfi münasibətin kökündən dəyişdiyini, xalqımızın milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində hörmət göstərilməyə başlanıldığını qeyd edib. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrə ayrılan diqqət kimi, milli-dini dəyərlərimizə,  xalqımızın uzun illərdən bəri qoruyub saxladığı tolerantlıq ənənələrinə dövlət səviyyəsində  xüsüsi önəm verildiyini bir daha vurğulayıb. Fərid Vaqifli qloballaşan dünyada baş verən etnik-dini münaqişələr, dini radikalizm və ekstremizmin beynəlxalq sülh və təhlükəsizlik, həmçinin tolerantlıq üçün ciddi maneə olduğunu qeyd edərək, Azərbaycanın bu sahədə uğurlu addım atdığını və nümunəviliyi ilə seçilən ölkələrdən olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən Bərdə rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Fidan Nəsirli ölkəmizin yenidən müstəqillik qazandıqdan sonra xalqın öz milli-mənəvi və dini dəyərlərinə qovuşduğunu bildirərək, respublikamızın bütün rayon və şəhərlərində yeni məscidlərin inşa edilməyə başlandığını diqqətə çatdırıb. Dövlətimizin din siyasətinin əsas məqsədinin ölkədə dini durumun müsbət və münaqişələrdən uzaq şəraitdə möhkəmləndirilməsi olduğunu vurğulayan F. Nəsirli bu gün Azərbaycanın dini radikalizm və ekstremizmə qarşı kəskin mübarizə apardığını, ölkəmizin dünyada tolerantlıq, dinlər və mədəniyyətlərarası dialoq prosesinin ən aktiv iştirakçılarından biri olduğunu  qeyd edib. 

Digər natiqlər xalqımızın tarixi köklərə söykənən milli-mənəvi dəyərlərindən, ölkəmizdə hökm sürən tolerantlıqdan danışaraq bu kimi tədbirlərin müsbət nəticələrini qeyd ediblər.


Son baxılan xəbərlər

Komitə sədri Argentinanın “canal a” televiziyasına müsahibə verib

Press-relizlər
22.04.2021 / 10:38
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının Qarabağ barədə romanı Türkiyədə çapdan çıxıb

Xəbərlər
03.02.2021 / 16:11
Ətraflı oxu

Dövlət Komitəsinin sədr müavini: “İşğal altında olan 128 alban məbədinin demək olar ki hamısı ...

Press-relizlər
14.01.2021 / 17:15
Ətraflı oxu

Cəlilabaddakı “N” saylı hərbi hissədə “Vətən sərhəddən başlayır, sərhədlərimiz milli dəyərimizdir” mövzusunda tədbir ...

Press-relizlər
07.02.2019 / 17:04
Ətraflı oxu

“XXI əsrdən baxış: din və qadın” mövzusunda videokonfrans keçirilib

Press-relizlər
25.06.2021 / 15:20
Ətraflı oxu

Qubada şəhidlər anılıb

Press-relizlər
19.01.2018 / 16:59
Ətraflı oxu