“İslam dini və dini mərasimlər” mövzusunda videokonfrans keçirilib

Xəbərlər / 10.09.2021 / 16:25

Sentyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Neftçala rayonunda “İslam dini və dini mərasimlər” adlı videokonfrans keçirilib. Tədbirə Neftçala rayonunda fəaliyyət göstərən din xadimləri qatılıbdır.
Konfrans zamanı qeyd edilib ki, xalqımızın milli adət-ənənələri, əxlaqi, mənəvi dəyərləri onun qədim tarixə malik zəngin mədəniyyət və mənəviyyatının göstəricisidir. Hər bir xalqın adət-ənənələri onun mənsub olduğu dinlə sıx bağlıdır. İslam dini Azərbaycan xalqının milli-mənəvi dəyərlərində, dünyagörüşündə, həyat tərzində, adət-ənənələrində dərin izlər buraxıb. Adət-ənənələr, mərasimlər zamanla dəyişir, müasir dövrün tələbinə uyğunlaşır, yeni forma və məzmun kəsb edir. Düzgün maariflənmə, fərdi şəkildə xurafatla mübarizə, elmin və mənəviyyatın paralel inkişafı dini xurafatdan, mövhumatdan qoruya və gələcək nəsillərə ötürə bilər. Bu mövzuda maarifləndirmə işləri aparılması üçün mütəmadi olaraq tədbirlər, yığıncaqlar keçirilir. 
Sonda iştirakçılar mövzu ilə bağlı öz fikirlərini bildiriblər.

Son baxılan xəbərlər

Bakıda dünya yəhudilərinin Yeni il bayramı - “Roş-Ha-Şana” münasibətilə tədbir keçirilib

Press-relizlər
12.09.2018 / 11:33
Ətraflı oxu

Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsinin 134 illiyi qeyd olunub

Xəbərlər
13.09.2021 / 13:29
Ətraflı oxu

“Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib

Press-relizlər
14.02.2020 / 16:50
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Dağ yəhudiləri dini icmasının üzvləri ilə görüşüb

Xəbərlər
04.11.2014 / 15:20
Ətraflı oxu

Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti tədbiri keçirilib

Press-relizlər
11.10.2018 / 14:23
Ətraflı oxu

“Tolerantlıq Kuboku” uğrunda ilk oyunlar başa çatıb (Foto)

Arxiv
22.04.2013 / 11:07
Ətraflı oxu